Putin Bakıya hansı təkliflə gələ bilər?- ŞƏRH


“Rusiya prezidenti Vladimir Putinin Bakıya bir neçə saatlığına qəfil səfər edəcəyi xəbəri təsdiqlənərsə, çoxlarının beynində bu sual dolaşacaq: Putin Bakıya hansı təkliflə gəlir? Bir neçə versiyam var”.

Bunu politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Bakıya təcili səfər edəcəyi haqda xəbərə münasibət bildirərkən deyib.

E.Şahinoğlu Putinin gözlənilən Bakı səfərinə dair bir neçə versiya irəli sürüb:

“Birinci versiya ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Putinin planının ümumi konturları hazırdır və o, bu planın detalları ilə azərbaycanlı həmkarını tanış etmək istəyir. Aydındır ki, Putin bu planını erməni həmkarına da təqdim etməlidir. Ona görə də plan müzakirə olunduğu müddətdə Putin hər iki tərəfdən atəşkəsə riayət etməyə çağıracaq. Görünür, Putin də hiss edir ki, yaxın aylarda bölgədə böyük müharibə başlaya bilər. Putin isə Cənubi Qafqazda başlana biləcək müharibədən ehtiyat edir, Suriya və Ukraynada məsələlər bitməmiş cənub istiqamətində də enerjisi itkisindən qorxur. Çünki Qərb pusqudadır. Rusiyanı zəiflətmək üçün düyməyə basıb.

İkinci versiyam isə bundan ibarətdir ki, Putin keçmiş prezident Dmitri Medvedyevin Kazan planını yenidən bizə sırımağa çalışacaq, xarici işlər naziri Sergey Lavrovun “atəşkəsə riayət olunmalıdır”, “insidentlər araşdırılmalıdır” kimi çeynənmiş fikirləri xatırladacaq. Doğrusu, nə statusun müəyyənləşməsini nəzərdə tutan Kazan planı, nə də Putinin hazırladığı və ya hazırlayacağı yeni cızmaqaranın Azərbaycanın maraqlarına xidmət etdiyini və ya edəcəyini düşünürəm. Ona görə də yeni eyni fikrimdə qalıram: doğru bildiyimiz yolla getməli, “bu addımı atsaq Kreml nə deyəcək” sualı ilə daima beynimizi məşğul etməməliyik. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək məqsədilə bütün risqlərə hazır olmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45