Prezidentlərin görüşü nəyi dəyişəcək?- ŞƏRH


“İyunun 20-də Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ üzrə sammit münaqişənin həllində Rusiyanın təşəbbüsü öz əlinə aldığını göstərir”.

Bunu politoloq Fikrət Sadıqov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda keçiriləcək üçtərəfli görüşünü AzVision.az-a şərh edərkən bildirb.

Politoloq hesab edir ki, Qarabağ münaqişənin həllində Rusiyanın rolu kifayət qədər böyükdür. Onun sözlərinə görə, Rusiyanın təşəbbüsündən, sülhməramlı addımlarından və münaqişənin həllinə dair istəyindən çox şey asılıdır.

F.Sadıqovun fikrincə, Rusiya ilə yanaşı həmsdər dövlətlərin razılığı olmadan münaqişə öz həllini tapa bilməz: “Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda rolu böyükdür və bir çox hallarda münaqişənin həlli Rusiyadan asılıdır. Aparıcı dövlətlərin bir çoxu nəinki bunu başa düşür, hətta bununla bağlı bəyanatlar verirlər. Rusiya Ermənistanla müttəfiq, Azərbaycanla isə strateji partnyordur. Aprel hadisələrindən sonra Kremlə yaxın dairələrdə bəyanatlar səsləndirilirdi ki, bu məsələni yerindən tərpətmək lazımdır. Yəni, bir dinamika olmalıdır”.

F.Sadıqov fikrini belə davam etdirib: “Rusiya regional aparıcı, şimal qonşumuz olan dövlət kimi başa düşür ki, Azərbaycan münaqişənin həlli üçün qəti addımlar ata bilər. Aprel hadisələri sübut etdi ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etməkdən geri çəkilməyəcək. Bu məsələdə Rusiya müəyyən mənada Ermənistanı müdafiə edir. Başa düşür ki, hər hansı bir qərar qəbul olunmasa, Azərbaycanın torpaqları geri qaytarmaq istiqamətində atdığı hərbi addımların qarşısını almaq çətin olacaq. Ona görə də obyektiv yanaşma nümayiş etdirilməlidir. Beynəlxalq hüquq normalarına əməl etmək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra etmək, işğal olunmuş torpaqları azad etmə prosesinə başlamaq lazımdır. Rusiyadan başqa Ermənistana təzyiq edə biləcək ikinci bir dövlət yoxdur. Hər halda Rusiya Ermənistana təzyiq etməyə qadir olan ölkədir və bunu etməlidir”.

Sankt-Peterburq görüşündən müsbət nəticələr gözlədiyini deyən F.Sadıqov vurğulayıb ki, bir görüşlə 20 ilin münaqişəsi həll oluna bilməz: “Görüşdən sonra konturlar cızıla bilər. Əgər Rusiya bu təşəbbüsü öz üzərinə götürürsə, deməli hansısa nəticələr əldə olunmalıdır. Heç olmasa gələcək sazişin konturları müzakirə olunmalıdır. Rusiya başa düşür ki, burada Azərbaycanın maraqları mütləq nəzərə alınmalıdır. Azərbaycan dəfələrlə nümayiş etdirib ki, işğal altındakı torpaqları azad etməyə qadirdir. Ona görə də burada Rusiya tərəfindən təkliflər irəli sürülə bilər. Rusiya tərəfindən edilən təklifləri Azərbaycan dərhal qəbul edəcəkmi? Bunu demək çətindir. Ermənistanın siyasi addımları isə tabe olduğu Rusiyanın təzyiqindən asılı olacaq”.

Politoloq qeyd edib ki, Sankt-Peterburq görüşündən sonra prezidentlərin digər görüşlər də təşkil oluna bilər: “Sankt-Peterburq görüşündən sonra həmsədrlər və digər ATƏT-in Minsk qrupuna həmsədr ölkələrin rəhbər şəxslərinin iştirakı ilə növbəti görüşlər keçirilə bilər. Yenə də burada Rusiyanın rolu böyükdür. Bu rol Ermənistana təzyiq etmə imkanlarının mövcudluğudur. Əgər Rusiya münaqişənin alovlanmasını, Azərbaycanın hərbi yolla torpaqlarını azad etməsini istəmirsə, mütləq konkret təkliflər irəli sürülməli, Ermənistan təzyiqlər artırılmalıdır”.

F.Sadıqov deyib ki, münaqişə ilə bağlı aparıcı dövlətlər arasında ziddiyət yoxdur: “Onlar dəfələrlə bəyan ediblər ki, münaqişənin hərbi yolla həlli yoxdur, problem sülh yolu ilə həll edilməlidir. Rəy yekdildir. Ona görə də Sankt-Peterburq görüşündən sonra irəliləyiş baş versə, bu digər ATƏT Minsk Qrupu həmsədrləri ilə də razılaşdırılacaq”.

Qeyd edək ki, iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Rusiya və Ermənstan prezidentlərinin üçtərəfli görüş keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45