"Bəs Rusiya nəyin dərdini çəkir, Moskvanın harası ağrıyır?"




“Rusiya neoimperalizminin təmsilçiləri olan Jirinovski, Duqin və Proxanov kimi siyasətçilərin Bakıya səfərləri, onların burada verdikləri iddialı bəyanatlar milli müstəqilliyi bir ideal kimi qəbul etmiş insanlar üçün çox arzuolunmazdır”

AFN xəbər verir ki, bunu Moderator.az -a siyasi analitik, professor Qulu Məhərrəmli Rusiyanın görkəmli ictimai-siyasi xadimlərindən biri, Putinin qeyri-rəsmi sözçüsü hesab olunan Aleksandr Proxanovun ölkəmizə səfəri və mediaya verdiyi ikibaşlı açıqlamaları şərh edərkən deyib.

O bildirib ki, A.Proxanov Rusiya dövlətçiliyinin bərpası adı altında ifrat millətçiliyi, rus şovinizmini və bunlarla yanaşı, həm də avtoritar idarəçiliyi təbliğ edən bir rusideloqudur. Belə zədəli təfəkkürün daşıyıcısı olan bir siyasətçinin Azərbaycanı, bir müstəqil dövlət kimi ölkəmizin bu sahədəki uğurlarını ürəkdən qəbul etməsini düşünmək sadəlövhlük olardı.

A.Proxanov Azərbaycana, ümumiyyətlə bölgədəki proseslərə yalnız Rusiyanın marağı ilə baxır. Məhz buna görə xiffətlə SSRİ-ni anır, onun parçalanmasının ağrılarından danışır. Buna görə deyir ki, “Sovet İttifaqını zorlayıblar, ondan nəhəng məkanları, əraziləri və xalqları qoparıblar”. Yəni demək istəyir ki, siz kimsiniz ki, müstəqil dövlət olasınız, siz bizim müvəqqəti azadlıq verdiyimiz təbəələrsiniz.

Rus ideoloqunun fikrincə, “keçmiş SSRİ-nin ərazisi parçalanmış dünyadır. Bu sərhədləri hələ kol-kos basmayıb, küskünlüklər, anlaşılmazlıqlar qalıb. Buna görə də, o, hesab edir ki, Rusiya ilə Azərbaycan arasında ideal münasibətlərdən danışmaq düzgün olmazdı, axı onlar özlərində bu parçalanmanın faciəsini daşıyırlar”. Bax, burada A.Proxanovun demək istədikləri şüuraltı özünü büruzə verir. Normal azərbaycanlı düşünür ki, doğrudan da ölkəmiz parçalanmanın qarşısını almaq üçün Moskvanın sırıdığı və indi də həllinə imkan vermədiyi Qarabağ probleminin ağrılarını yaşayır. Bəs Rusiya nəyin dərdini çəkir, Moskvanın harası ağrıyır? Təbii ki, sualın cavabı Rusiyanın keçmiş sovet respublikalarına, xüsusən Baltikyanı ölkələrə, Ukraynaya, Moldovaya, Azərbaycana, Gürcüstana münasibətdə yeritdiyi siyasətdədir.

Bütün bunlara görə mən düşünürəm ki, rus imperiyasının təbliğatçıları olan, Bakının müstəqil siyasətindən qıcıqlanan, Qarabağ işğalına haqq qazandıran Duqin və Proxanov kimi “rus ideoloqlar”nın ölkəmizə gəlişi və verdikləri bəyanatlardan yaxşı heç nə gözləmirəm.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45