Nazir Ermənistanın hərbi təxribatı barədə ABŞ səfirini məlumatlandırdı


Nazir Ermənistanın hərbi təxribatı barədə ABŞ səfirini məlumatlandırdı


İyulun 30-da xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqeri qəbul edib.



Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı tərəflər ölkələr arasında bir çox sahələrdə mövcud olan geniş əməkdaşlıq münasibətlərindən, o cümlədən enerji sahəsində əməkdaşlıq, Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının fəaliyyəti, qlobal təhlükəsizlik məsələlərində əməkdaşlıq, COVİD-19 epidemiyası ilə mübarizədə həmrəylik və digər məsələləri müzakirə edib.

Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribat, Ermənistanın əvvəlcədən planlaşdırılmış bu təcavüz aktı ilə güddüyü məqsədləri, habelə təxribat zamanı Azərbaycanlı mülki şəxslərin və infrastrukturların məqsədli şəkildə hədəfə çevrilməsi və bir nəfər mülki şəxsin öldürülməsi faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanın münaqişənin həlli üzrə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, lakin bu danışıqların imitasiya yox, mahiyyət üzrə aparılan real danışıqlar olmasının zəruriliyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu