Rusiya XİN bəyanat yaydı: Vəziyyət qəflətən gərginləşib



Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.



APA-nın Moskva müxbirinin Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilib: “Məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət qəflətən gərginləşib. Təmas xətti boyunca hər iki tərəfdən intensiv atəş aparılır. İtkilər barədə məlumatlar daxil olur. Tərəfləri atəşi dərhal dayandırmağa, vəziyyətin sabitləşməsi məqsədi ilə danışıqlara başlamağa çağırırıq”, - deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu