Qənirə Paşayeva şəhid mayor Rasim Məmmədovun ailə üzvləri ilə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 2016-cı ildə aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş, "Vətən Uğrunda" medalı ilə təltif edilmiş Rasim Məmmədovun ailə üzvləri ilə Milli Məclisdə görüşüb.



AFN xəbər verir ki, şəhid mayorun atasının 90-cı illərdə Vətən uğrunda döyüşlərdə fədakarlıqla iştirak etdiyini, ağır xəsarət aldığını və ömrünün sonunadək səhhətindəki problemlərdən əziyyət çəkdiyini vurğulayan Q.Paşayeva, R.Məmmədovun öz atasının döyüş və şücaət yolunu layiqincə davam etdirdiyini minnətdarlıqla vurğulayıb və ailənin qayğıları ilə maraqlanıb.
Q.Paşayeva 44 günlük Vətən Müharibəsindəki tarixi qələbənin Rasim Məmmədov və silahdaşlarının, bütün şəhidlərimizin ruhunu şad etdiyini deyib: "Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, sizə təşəkkürümüzü bildirirəm!"
MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimizin övladlarına təhsillərində uğurlar diləyib və onlara xatirə hədiyyələri təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu