Selçuk Universitetindən ATU-ya kitablar hədiyyə olunub



Türkiyənin Selçuk Universiteti tərəfindən Azərbaycan Tibb Universitetinə (ATU) 30 kitab hədiyyə olunub. Bu kitablar ATU-da yeni tədris olunmağa başlanılan Tibb bacısı ixtisası ilə bağlı dərs proqramını əhatə edən dərsliklərdir. ATU-da tədris prosesinə böyük töhfə olan bu kitablar artıq tələbələrin istifadəsi üçün universitetin kitabxanasına verilib.

Qeyd edək ki, Selçuk Universiteti ilə ATU arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığa dair memorandum hazırlanacaq. Bu barədə bir müddət əvvəl iki ali məktəbin rəhbərliyi arasında keçirilən onlayn görüş zamanı razılıq əldə olunmuşdu. Gələcəkdə iki ali məktəb atasında tələbə, rezident və müəllim mübadilələrinnin aparılması, müştərək elmi işlərin və qarşılıqlı layihələrin icrası planlaşdırılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu