Nazirlik cərimələməkdə davam edir


Nazirlik cərimələməkdə davam edir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib. Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona 709 manat məbləğində ziyan tətbiq olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu