Zaqatalada torpaq uçotunun nəticələri açıqlandı

Xəbərin çap versiyası
Tarix: 14-11-2018, 14:13    |    Xəbər oxunub: 584 dəfə
Zaqatalada torpaq uçotunun nəticələri açıqlandı


Artıq Zaqatala rayonunda da torpaqların elektron kadastr uçotunun nəticələrinin real iş rejimində istifadəsinə start verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələrinin, eləcə də bələdiyyələrin, mülkiyyətçilərin iştirakı ilə İctimai təqdimat keçirib.

Komitənin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, tədbirdə Zaqatala rayonunu əhatə edən elektron kadastr uçotu işlərinin ayrı-ayrı sahələrə verəcəyi real faydalar, əldə edilən nəticələrin istifadə qaydaları izah edilib, alınan göstəricilər nümayiş olunub.

Qeyd edilməlidir ki, Ulu öndər Heydər Əliyevin tapşırığı əsasında respublikada ilk təcrübə olaraq Zaqatala rayonunda torpaq islahatı işlərinə başlanılıb. Hazırda həyata keçirilən torpaqların elektron kadastr uçotu işləri bu islahatların davamıdır. Görülən işlər çərçivəsində rayonun Əliabad inzibati ərazi vahidliyində yerləşmiş keçmiş Qələbə və Əliabad təsərrüfatlarında torpaq islahatına düzəliş işləri tamamən yenidən aparılıb. Nəticədə 4000-ə yaxın ailənin həyətyanı və pay torpaqlarının dəqiq sərhədi müəyyən edilib və hazırlanan kadastr məlumat bazasına daxil edilib.

Digər rayonlarda olduğu kimi burada da mülkiyyət mənsubiyyətindən asılı olmayaraq torpaqların sərhədləri müəyyən edilib. Heç bir torpaq sahibi digər ərazini qanunsuz olaraq istifadə edə bilməyəcək. Bu kimi hallar tamamilə aradan qalxır. Eyni zamanda, rayonun torpaq fondunda müxtəlif kateqoriyalara aid, o cümlədən kənd təsərrüfatı, sənaye təyinatlı ərazilərin həcmi müəyyən olunub.

Uçot işləri Zaqatala rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 65,2 min hektar torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 13,9 min hektar dövlət, 22,8 min hektar bələdiyyə, 28,5 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 62.4 min hektara yaxını (95 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 19,3 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 23,9 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların əsasən çoxillik əkmələrin artması hesabına azalaraq 19.3 min hektar olub. Çoxillik əkmələr isə digər uqodiyaların hesabına 8.6 min hektardan 16.3 min hektaradək artıb. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 40 mindən çoxunun torpaq parsellərinin ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin kənd təsərrüfatına yararlı olan sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilib. Belə ki həmin ərazilərdə 1104 tikili və qurğuların (bundan 24-ü dövlət mülkiyyətində, 491-i bələdiyyə mülkiyyətində, 589-u xüsusi mülkiyyətində) olduğu aşkar olunub.

Torpaq fondunun dəqiq uçotu işinin nəticəsində rayonda kənd təsərrüfatında istehsalın iqtisadi səmərəliliyi artırılır, ehtiyatlardan tam, dolğun və düzgün istifadə olunur, o cümlədən kiçikölçülü pay torpaqlarının təmərküzləşməsini təmin edə bilən hüquqi, iqtisadi mexanizmlər hazırlanır. Kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün yeni ərazilər müəyyənləşir.

Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırıldı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb-

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur