Aeroport yolunda sürət həddi endirildi




Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

BNA rəsmisi qeyd edib ki, sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə edilir: "Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş edilir".

M.Ağayev vurğulayıb ki, bu gecədən başlayaraq hava şəaritinin dəyişməsi ilə əlaqədar BNA tərəfindən bir sıra tədbirlər həyata keçirilib: "Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə tapşırıqlar verilib. Bildirilib ki, sürücülər faktiki hava şəraitini nəzərə alaraq müəyyən edilən sürət həddinə mütləq qaydada əməl etməlidir. Həmçinin sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda, günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu