Hacıqabulda avtomobil aşıb, 4 nəfər yaralanıb




Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Bakı-Qazax magistral yolunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan BMW markalı avtomobilin anidən təkəri partlayıb. Nəticədə idarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Hadisə zamanı bir ailənin 3 üzvü - Bakı şəhər sakinləri Ağayarova Şirin Əhəd qızı və onun bacıları - 1961-ci il təvəllüdlü Vahidova Həqiqət, 1963-cü il təvəllüdlü Novruzova Gülcahan və qohumları - 1969-cu il təvəllüdlü Bahadurov Sərvər Sərvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu