DSK işsizlərin sayı ilə bağlı statistikanı necə saxtalaşdırır? - İqtisadçı alim


2020-ci il ərzində ölkədə 20,1 min iş yeri bağlanıb.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Dövlət Statistika Komitəsinin açıqlamasına aydınlıq gətirərkən deyib. Onun sözllərinə görə, həmin dövrdə bağlanmış iş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar olub:

"Müqayisə üçün qeyd edim ki, DSK 2019-cu il ərzində ölkədə 9,4 min iş yerinin bağlanmasını açıqlamışdı. Həmin dövrdə bağlanmış iş yerlərinin 39,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar olub. DSK 2020-ci il ərzində ölkədə 129,0 min yeni, 2019-cu ildə isə 192,0 min yeni iş yerinin açılmasına dair məlumat yaymışdı. Məşğulluq statistikasında gerçək durumu gizlətmək üçün DSK: 

1) 2019-cu ildən bağlanmış iş yerlərinin sayından fərdi sahibkarlıq subyektlərində işini itirənləri çıxarıb və bununla da bağlanmış iş yerlərinin sayını saxtalaşdırır. 

2) 2020-ci il aprelin 1-dən məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayını açıqlamır. Yəqin ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə düşünürlər ki, bu məlumatları gizlədərlərsə, ölkədə işsizlər azalacaq".

Qubad İbadoğlu qeyd edib ki, mərkəzi statistika idarəsinin açıqladığı informasiyalar 13 minə qədər istifadəçinin 40 faizindən çoxunu qane etmir:

"DSK isə rəy sorğusunu nəzərə alıb, vəziyyəti düzəltmək əvəzinə, əksinə ildən-ilə informasiyaya çıxışı məhdudlaşdırır". 



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu