Azərbaycanda qadın məsələləri: Hamı bir arada müzakirə edəcək


5 martda Polis Akademiyasında Azərbaycanda qadın hüquqları sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri, ictimai fəallarla görüş keçiriləcək.


Görüşdə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsindəki qanunvericlik, mövcud vəziyyət və qarşıya çıxan problemlər, təşkilat və ictimai fəalları narahat edən məsələlər müzakirə olunacaq, təkliflər dinləniləcək.

AFN xəbər verir ki, görüşün təşəbbüskarı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyidir. Daxili İşlər Nazirliyi də bu məsələdə təşkilatın təşəbbüsünə dəstək verib. Müzakirələrdə “Təmiz Dünya” İB-nin rəhbəri Mehriban Zeynalova moderatorluq edəcək.

Təşkilat 2004-cü ildən etibarən insan alveri, gender əsaslı zorakılıq, məişət zorakılığ sahəsində müxtəlif işlər həyata keçirib. Təşkilatın öz təşəbbüsü və fəaliyyəti nəticəsində xüsusilə polis əməkdaşları ilə bu istiqamətlərdə təlimlər maraqla qarşılanıb. Məişət zorakılığı, gender əsaslı zorakılığa məriz qalan, eləcə də insan alveri qurbanları ilə davranış sahəsində polis əməkdaşlarının məlumatlandırılması effektini qısa zamanda göstərərək bu istiqamətdə vəziyyətin kəskin dəyişməsinə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu