Əlillik təyin edilən qazilərin sayı açıqlandı


“Vətən Müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi sahəsində işlər görülür”.


“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisdə “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmədə çıxış edərkən deyib.

Nazir qeyd edib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir:

“İndiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu