İnsan alveri qurbanına çevrilməmək üçün: Öz çətirinizi yaradın


İnsan alveri qurbanına çevrilməmək üçün:


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi “İnsan alverinin qurbanları və potensial insan alveri qurbanları üçün sığınacağın fəaliyyətinin gücləndirilməsi” üzrə layihənin icrasını davam etdirir.



AFN xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti 2019-cu il üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində Daxili İşlər Nazirliyi və DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə birgə reallaşdırılan layihənin müddəti 3 aydır və layihə çərçivəsində 30 nəfərin reabilitasiya və reinteqrasiyası prosesinə cəlbi nəzərdə tutulub. Layihə çərçivəsində reabilitasiya və reinteqrasiya prosesi ilə yanaşı, sığınacaq sakinlərinə 16 günlük təlim keçiriləcək.

Təlimlərin mövzuları:

- İnsan haqları və qadın hüquqları;
- Gender və gender əsaslı zorakılıq, formaları;
- İnsan alveri, formaları və insan alverinin qurbanına çevrilməməyin yolları;
- Rebilitasiya – emosiyaların idarə edilməsi;
- Reinteqrasiya – Özçətir proqramı;
- Kiçik sahibkarlıq- “mən sahibkaram”

Təlimlər 3 ay müddətinə davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu