“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadıldı


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb.


İnnovativ ideya və layihələrlə çıxış edən məktəbli, tələbə və gənc sahibkarların festivala göstərdiyi böyük maraq və yüksək fəallıq səbəbindən adları aşağıda qeyd edilən müsabiqələrin qeydiyyat tarixi 28 fevral 2022-ci ilə qədər uzadılır:

– “Baku Skills”

– “Yaşıl texnologiyalar”

– “Aqrar texnologiyalar”

– “Sosial yönümlü texnologiyalar”

– “Robotexnika”


Bundan əlavə, “Ağıllı şəhər” konsepsiyasını ehtiva edən “SMART QARABAĞ” Hakatonu üçün son müraciət tarixi dəyişdirilərək 1 aprel müəyyən olunub.

“Peyk modelləşdirilməsi”, “Pilotsuz uçuş aparatları” və “Sailplaner” adlı yarışlar üzrə qeydiyyat isə 17 fevral tarixindən etibarən dayandırılıb.

Əlavə məlumat əldə etmək üçün:

Təsvir: 📞 050 251 40 28

Təsvir: 💬 office@teknofest.az

Təsvir: 🌐 teknofest.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu