İlon Mask Çinə səfərə gedib


Amerikalı ixtiraçı və milyarder, "Tesla" şirkətinin baş direktoru İlon Mask Çinə səfər edib.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, o, elektrik avtomobil istehsalçısının ikinci ən böyük bazarına sürpriz tur keçirmək üçün bazar günü Pekin reysilə yola düşüb.

Mənbələr bildiriblər ki, Mask Pekində yüksək səviyyəli Çin rəsmiləri ilə Çində özünü idarə edən (FSD) proqram təminatının tətbiqini müzakirə edəcək. O, həmçinin özünü idarə edən texnologiyaları üçün alqoritmlər hazırlamaq məqsədilə ölkədə toplanmış məlumatların xaricə ötürülməsinə icazə almaq niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu