NASA-nın yaydığı qorxunc fotolar: Dünya məhv olur!




ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) Yer kürəsinin kosmosdan çəkilən yeni fotolarını yayıb.



AFN-in məlumatına görə, yaşadığımız planetlə bağlı dəhşətli məlumatları özündə əks etdirən görüntülər elm adamlarını da ciddi qorxuya salıb. Fotolarda son illər baş verən irimiqyaslı təbiət dəyişikliyi aydın şəkildə əks olunub: Bir zaman buzlaqlara əhatə olunan ərazilər indi meşələrlə örtülüb, iri göllərin sahəsi isə susuz çöllüyə çevrilib. NASA-nın apardığı müşahidələrə əsasən, proses hələ də davam edir və Yer sürətlə məhvə doğru irəliləyir.

AFN dünyanı qorxuya salan fotoları təqdim edir:



1.Birinci fotoda Aral gölüdür. Orta Asiyada yerləşən bu gölün səthinin sahəsi bir vaxtlar 24.4 min km2 idi. NASA müqayisə üçün, Aralın 14 il əvvəl və bu ilki görüntüsünü təqdim edib. Böyük bir hissəsi quruyan göl tamam yox olmaq üzrədir.




2.Kəskin təbiət dəyişikliyinin baş verdiyi ərazilərdən biri də ABŞ-ın buzlaqları ilə məşhur olan Alyaska ştatıdır. “Pendersen” buzlağının bir fotosu 1917-ci ilin yaz ayında, digəri isə 2005-ci ildə çəkilib. Gördüyünüz kimi, buzlar əriyərək, yerində çəmənlik, meşəlik yaranıb.




3.1909-cu ildə çəkilən fotoda Alyaskanın “Ayı” buzlağı tamam buzla əhatələndiyi halda, yeni qeydə alınan görüntüdə meşə və göllə əvəz olunub.



4. Bu, isə ABŞ-ın Kaliforniya ştatında yerləşən Orovill gölüdür. Fotolar cəmi 6 il fərqlə çəkilib. 2016-cı ildə bol suyu olan göldən bu gün əsər-əlamət qalmayıb. Həcmi xeyli azalan Orovill indi ensiz çayı xatırladır.



5. NASA-nın yaydığı görüntülərə əsasən, ABŞ-ın Pauell gölü də təbiətdən silinmək üzrədir. Fotolar 1999-cu və 2014-cü illərdə çəkilib.



6. Braziliyanın Rondoniya meşəsini də məhv olmaq təhlükəsi gözləyir. 1975-ci ildə çəkilən fotoda Rondoniya ağaclarla sıx əhatə olunduğu halda, 2009-cu ildə meşədə xeyli seyrəklik gözə dəyir.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu