Bakıda kişi arvadını burnundan bıçaqladı




Bakıda ər arvadına avtomobildə xəsarət yetirib.

AFN “report”a istinadən xəbər verir ki, hadisə fevralın 12-də, saat 08:30 radələrində, paytaxtın Binəqədi rayon, “Azadlıq” prospekti ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü F.İsmayılov “Nissan” markalı avtomobildə mübahisə zəminində həyat yoldaşının burnuna bıçaqla xəsarət yetirib.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində F.İsmayılov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 0,208 qram heroin, 2 ədəd metadon və 1 ədəd tramadol aşkar edilərək götürülüb.

F.İsmayılovun həyat yoldaşının xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu