Bakının Nizami rayonunda yaşıllıq məhv edilir - YENİLƏNİB + FOTO/VİDEO


Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında meyvə ağaclarının qanunsuz şəkildə kəsildiyi haqda məlumat vermişdik.


Nizami Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilib: “Məsələ ilə bağlı bildiririk ki, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Şərifli küçəsi 25 ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışı əsasında xüsusi mülkiyyətdə olan hasara alınmış torpaq sahəsinə baxış zamanı mülkiyyətçisi tərəfindən ərazidəki kolluqların kəsilməsi və onların yandırılması faktı aşkar olunub. Aşkar olunan faktlarla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilib və hazırda müvafiq tədbirlərin görülməsi istiqamətində ərazidə araşdırmalar aparılır”.

***

Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında meyvə ağaclarının qanunsuz şəkildə kəsildiyi bildirilir.


Oxu.Az-ın məlumatına görə, ağacları qurutmaq üçün onların dibində ocaqlar da qalanır.

Bununla bağlı Oxu.Az-ın sualını cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda Dövlət Ekoliji Təhlükəsizlik Xidmətinin əməkdaşları sözügedən ərazidədirlər və araşdırma aparırlar.

Görüntüləri təqdim edirik:








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu