Bu il abituriyentlər ixtisas seçimində ciddi çətinliklə üzləşəcək – Kamran Əsədov


Bu il balların qalxması ixtisas seçimi zamanı abituriyentlərə ciddi problemlər yaradacaq.

Bunu AFN.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, abituriyentlər ixtisas seçimi edərkən məhz ötən ilki nəticələri əsas götürürlər: “Birdən-birə bu qədər fərqli nəticənin ortaya çıxması ixtisas seçimində ciddi fəsadlar yaradacaq. Dövlət İmtahan Mərkəzi tərəfindən süni şəkildə sualların asanlaşdırılması yaxşı hal deyil. Bu, imtahan iştirakçılarının növbəti imtahanlara hazırlıqla bağlı psixoloji gərginlik yaşamasına gətirib çıxaracaq”.
Qeyd edək ki, 2023-2024 tədris ili üzrə buraxılış imtahanına qatılan şagirdlər arasında rekord sayda maksimum göstəriciyə nail olan olub. Belə ki, hər iki buraxılış imtahanı zamanı ümumilikdə 53 nəfər 300 bal toplayıb. Ekspertlər hesab edirlər ki, Dövlət İmtahan Mərkəzi bilərəkdən sualları asanlaşdıraraq orta məktəb proqramına uyğunlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu