Bakıda müştəri mağaza sahibinin yanında pul oğurladı


“Sədərək” Ticarət Mərkəzində qəribə oğurluq hadisəsi baş verib.



“Report” xəbər verir ki, hadisə bu il yanvarın 14-də “Sədərək” Ticarət Mərkəzində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, mağazaya müştəri qismində daxil olan şəxs satıcının başının qarışmasından istifadə edərək, stolun siyirtməsindən pulları götürüb ərazidən uzaqlaşıb.

Oğurluq anbaan müşahidə kamerasına düşüb.

Daha sonra hadisə barədə mağaza sahibi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu