Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur - FOTOLAR


“Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi Fariz Məmmədov Azərbaycan Respublikası adından çıxarılan qətnaməni icra etmir.



Bu haqda AFN-ə kiçik sahibkar Nazim Fərman oğlu İbrahimov məlumat verib. O, bildirib ki, aylar əvvəl Fariz Məmmədov onun istixanasını qazla təmin edən borunu kəsib. Kiçik sahibkar rəisə hərəkətinin qanunsuz olduğunu desə də, xeyri olmayıb və məcburiyyət qarşısında məhkəməyə müraciət edib. Məhkəmə tez bir zamanda istixanaya qaz verilməsinin təmin edilməsi vəzifəsini Fariz Məmmədovun rəhbərlik etdiyi idarənin üzərinə qoyub. Lakin Fariz Məmmədovun inadkarlığı kiçik sahibkarın istixanasında pomidor ştilləri soyuqdan məhv olmasına səbəb olub. Sahibkar Nazim İbrahimov deyir ki, qaza görə borcu yoxdur. Fariz Məmmədovun özbaşınalığı 75 min ədəd pomidor ştilinin soyuq qış ayında məhvə olması ilə yanaşı istixanada çalışan 10 ailənin pulsuz, işsiz, çörəksiz qalmasına yol açıb.

Nazim İbrahimov deyir ki, Fariz Məmmədovun qanunsuz əməllərindən şikayət etməsi onun qəzəbinə gəlmələrinə səbəb olub: “Deyir ki, Şəmkirdə mənə kimsə söz deyə bilməz, mən nə desəm o, olmalıdır. Qışın günü qazı qanunsuz kəsdi. Məhkəməyə verdik, məhkəmə qətnamə çıxardı ki, qaz verilişi bərpa olunmalıdır. Lakin Fariz Məmmədov dedi ki, məhkəmə qətnaməi mənim üçün kağız parçasıdır, icra etmirəm, gedin kimə istəyirsiz deyin. Bu dəfə məhkəmə qətnaməsini yerinə yetirmədiyi üçün idarə rəisi 2 min manat cərimə edilib. Buna baxmayaraq rəis deyir mən deyən olmalıdır, məhkəmə deyən yox. İstəyirlər yenə 2 min manat cərimə etsinlər”.

Nazim İbrahimov ölkə rəhbərliyinə müraciət edərək, Şəmkirdə qanunsuzluq edən idarə rəsinin barəsində ölçü götürülməsini, ona dəyən ziyanın qarşılanmasını xahiş edib.

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu