Gürcüstanda son sutkada COVID-19-a 546 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 546 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.



APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 253 518, ölənlərin sayı isə 3055 nəfərə çatıb.

Virusa yoluxanlardan 242 085 nəfərin sağaldığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu