Nazirlik: Müharibə iştirakçılarının intihara cəhdinin qarşısı alınıb


“Psixoloqlarımızın sayəsində müharibədə iştirak edən şəxslərin və ya onların ailə üzvləri arasında bir neçə halda intihara cəhdin qarşısı alınıb”.



“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov "Yeni TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, xoşagəlməz hallarla qarşılaşan şəxslər üçün onlayn psixoloji dəstək xətti fəaliyyət göstərir: “Həmin şəxlər 050 406-75-85 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Hazırda bu istiqamətdə 5 peşəkar psixoloq işləyir. Lazım olduğu təqdirdə evlərə də gedirlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu