Sumqayıtda yollar qardan təmizlənir


Sumqayıt şəhərində gecə saatlarından yağan qar hazırda da davam edir.



Sumqayıt Şəhər İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, şəhər ərazisində hərəkətin təmin olunması məqsədi ilə gecə saatlarından yolların qardan təmizlənməsinə başlanılıb:

"Belə ki, yolların təmizlənməsi üçün xeyli sayda texnika və canlı qüvvə cəlb edilərək, təmizlənmə işləri aparılıb. Ümumiyyətlə şəhər icra hakimiyyəti tərəfindən Sumqayıtın müxtəlif ərazilərində qaz, su və işığın verilməsində problemlərin yaranmamasını xüsusi diqqətində saxlayır və hər hansı bir fəsad ortaya çıxarsa dərhal aradan qaldırılacaq, insanların rahatlığı təmin ediləcək".












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu