Gürcüstan və Türkiyə XİN başçıları bu gün görüşəcək


Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Türkiyəyə bu gün rəsmi səfər edəcək.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

D.Zalkaliani səfər çərçivəsində Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək və geniş tərkibdə görüş keçirəcək. Görüşlərdən sonra nazirlər mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Gürcü nazirin Türkiyənin vitse-prezidenti Fuat Oktayla da görüşü planlaşdırılıb.

D.Zalkaliani Ankarada Mustafa Kamal Atatürkün məzarını da ziyarət edəcək



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu