Bakıda məktəbli qız itkin düşüb - Foto


Bakıda 13 yaşlı qız itkin düşüb.



“Qafqazinfo”nun verdiyi xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 13 yaşlı Dünyamalızadə Aleksandra dünən axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb.

DİN Mətbuat xidmətindən bildirilib ki, A.Dünyamalızadəni görənlərdən 102 xidmətinə və ya Suraxanı Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

13 yaşlı Aleksandra Hövsan qəsəbəsində yerləşən 76 nömrəli məktəbin şagirdidir.

Yaxınlarının bildirdiyinə görə, ailə üzvləri onu aptekdən dərman almağa göndəriblər və ondan sonra xəbər ala bilməyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu