İsmayıllıda UAZ aşıb, ölən var

Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 4-də saat 19 radələrində rayonun Qoydan kəndi ərazisində kənd sakini İ.Mirzəyev idarə etdiyi UAZ markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Diqqətinizi çəkə biləcək digər xəbərlər