Hesabat: Dövlət Məşğulluq Agentliyi 1400 baş toğlu ilə bağlı yanlış məlumat verib


Özünüməşğulluq tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən vətəndaşlara verilmiş iribuynuzlu və xırdabuynuzlu heyvanların alış qiymətləri üzrə 2019-cu ilin göstəriciləri 2018-ci ilin müvafiq göstəricilərindən çox olub.



AFN xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, 2018-ci ildə bağlanmış satınalma müqaviləsində heyvanların alınması üzrə nəzərdə tutulmuş şərtlərə tam əməl edilməyib, alınacaq heyvanların say tərkibi dəyişdirilsə də, alış qiymətləri saxlanılıb:

"Agentlik tərəfindən xırdabuynuzlu heyvanların satın alınması üçün təchizatçı ilə bağlanılmış müqavilələrdə, qiymət protokollarında və müvafiq biznes-planlarda nəzərdə tutulmuş şərtlərə tam əməl edilməyərək bəzi hallarda yüksək məhsuldarlıqlı heyvanlar satın alınmayıb, 2018-ci ildə vətəndaşlara bir çox hallarda ətlik danalar və toğluların verilməsi son nəticədə vətəndaşların özünüməşğulluğunun nəzərdə tutulduğu səviyyədə təmin olunmamasına şərait yaradıb, 2018-ci ildə alındığı rəsmiləşdirilib, lakin vətəndaşlara paylanılmamış 1400 baş toğlunun qalıq qismində qalması, yaxud əvəzləşdirilməsinə dair Agentliklə icraçı müəssisə arasında müvafiq rəsmiləşdirmə aparılmayıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu