Türkiyənin yeni səfiri bu gün Azərbaycana gəlir


Türkiyənin yeni təyin olunmuş səfiri Cahid Bağçı bu gün Azərbaycana gəlir.

APA-nın xəbərinə görə, bu barədə yeni səfir "Twitter" hesabında paylaşım edib.

"Yeni bir vəzifə üçün səfərdəyik. Allah yolumuzu və işimizi yaxşı, məhsuldar və asan etsin, gücümüzü artırsın və köməkçimiz olsun", - deyə diplomat yazıb.

Qeyd edək ki, C. Bağçı bu vəzifədə Erkan Özoralı əvəz edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu