Təhsil Nazirliyi: Narazı valideynlər apelyasiya şikayəti verə bilərlər


"Mayın 22-də və iyunun 19-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunacaq müsahibə mərhələsinin nəticəsindən narazı qalan valideynlər apelyasiya şikayəti verə bilərlər".



"Report"un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və İdarəolunması şöbəsinin təşkili şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul prosesi ilə bağlı danışarkən deyib.

"Övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılacaq. Bu müddətdə övladının müsahibəsindən narazı olan valideynlər apelyasiya şikayəti edə bilər. Müraciətlərə baxılan zaman həmin uşaqların yenidən müsahibəyə qoşulması təmin olunmayacaq. Yalnız müsahibə dövründə qeydə alınan videoçəkilişə məsələ ilə yaradılmış kommisiya tərəfindən baxılaraq müvafiq rəy verilə bilər”, - o deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu