Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq - Prezident açıqladı


“Düz 1 il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək döyüş bölgələrimizi və yaşayış məntəqələrimizi atəşə tutub”.


Bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, bu hücum nəticəsində mülki şəxslər ilk saatlarda həlak olub: “Mənim əmrimlə Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən müharibədə tam qələbə qazanıb. Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq. Şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə möhtəşəm abidə ucaldılacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu