Rüstəm Muradovun təyyarəsi İrəvana çatdı - YENİLƏNİB


Muradovun təyyarəsi İrəvanda hava limanına enib. Məlumata görə, Muradov Azərbaycanın təhvil verdiyi bir erməni əsgərinin meyitini Ermənistana çatdırıb.


***

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana uçub.


“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində sərhəddə baş vermiş döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərin meyitlərinin olduğu ehtimal edilir.

Məlumata görə, təyyarədə sərhəddə törətdikləri təxribatlar nəticəsində saxlanılan erməni hərbçilər yoxdur.

Həmçinin oxuyun: Rüstəm Muradov danışıqlara görə məzuniyyətdən təcili geri çağırıldı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu