Azərbaycandan əsir düşən bütün hərbçilər geri qaytarılıb” - Muradov


“Qarabağ münaqişəsi zamanı əsir düşən Azərbaycan tərəfinin bütün hərbçiləri Rusiya sülhməramlılarının köməkliyi ilə geri qaytarılıb”.


“Qafqazinfo” xəbər verir ki, bunu “TASS”a Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini, Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradov deyib.

Onun sözlərinə görə, hazırda əsir düşən erməni hərbçilərin geri qaytarılması istiqamətində işlər davam etdirilir.

“Hesab edirəm ki, bu məsələ tam olaraq bağlanmalıdır. Rusiyalı sülhməramlılar isə bu işi sona çatdıracaqlar”, - deyə Rüstəm Muradov söyləyib.

Xatırladaq ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verildiyinə dair açıqlama yaymışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu