Azərbaycan 4 əsiri Ermənistana, Ermənistan 2 əsiri Azərbaycana qaytardı


Ermənistan daha iki azərbaycanlı hərbi əsiri Azərbaycana qaytarıb.



Qaynarinfo-nun TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycan isə daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

"Əsirlərin geri qaytarılması ilə bağlı artıq onların qohumlarına məlumat verilib. Onlar hazırda həkim nəzarəti altındadır və lazımi tibbi və psixoloji yardım alacaqlar", - deyə o qeyd edib.

Baş nazirin müavini vurğulayıb ki, hərbi əsirlərin mübadiləsi prosesi davam edəcək.

Xatırladaq ki, əsir və girovların qarşılıqlı mübadiləsi əsasında dekabrın 14-də Ermənistana 44 hərbi əsir qaytarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu