“Sputnik Azərbaycan”ın əməkdaşları həbsdə qalıb


“Sputnik Azərbaycan” İnformasiya Agentliyinin ofisində polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov həbsdə qalıb.



AFN.az xəbər verir ki, bu barədə nəşrin redaksiyası məlumat yayıb.



Məhkəmə vəkillərin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini təmin etməyib.



“Birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarı qüvvədə qalıb. Yoldaşlarımız həbsdə saxlanılır”, - məlumatda deyilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu