Tramp ikinci prezidentlik dövründə Netanyahunu üçüncü dəfə qəbul edəcək


ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan atəşkəsdən sonra və Qəzza ilə bağlı atəşkəs danışıqlarının başlandığı bir vaxtda sabah İsrailin Baş naziri Benyamin Netanyahunu paytaxt Vaşinqtonda qəbul edəcək.



Tramp Qəzzada atəşkəsin təmin olunması istiqamətində təzyiq göstərdiyi Netanyahuyla yanvar ayında ikinci dəfə prezident vəzifəsinə başladığı gündən bəri Ağ Evdə üçüncü dəfə görüşəcək.



Görüş Trampın İranın nüvə obyektlərinə qarşı ABŞ hücumundan sonra Tehranla Təl-Əviv arasında əldə olunan atəşkəsin ardınca Qəzzada da oxşar bir atəşkəsin əldə olunması və bütün əsirlərin azad edilməsi üçün Netanyahuyə təzyiqlərini artırdığı bir dövrdə baş tutacaq.



İki liderin sabah axşam saatlarında Ağ Evdə görüşəcəyi gözlənilir. ABŞ mediasında yayılan məlumata görə, İsrailin Strateji İşlər naziri Ron Dermer bəzi yüksək vəzifəli amerikalı rəsmilərlə informasiya mübadiləsi aparmaq məqsədilə Vaşinqtondadır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu