25 min şagird məktəbdənkənar təhsilə cəlb olunacaq

2024-2025-ci tədris ili üçün aparılmış hesabatda növbəti mərhələdə 25 mindən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb ediləcəyi gözlənilir.
Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ili üzrə hesabatında bildirilir ki, ötən ildən etibarən məktəbdənkənar təhsilə şagird qəbulu ilk dəfə olaraq elektron sistem üzərindən həyata keçirilib. Pilot layihə çərçivəsində 20 təhsil müəssisəsini əhatə edən sistemə 13 mindən artıq müraciət daxil olub və onların arasından 10 min şagird qəbul olunub.
2025-ci ildə isə bu sistemin əhatə dairəsi genişləndirilərək pilot müəssisələrin sayı 50-yə yüksəldilib. Genişləndirilmiş qəbul prosesində 25 mindən artıq şagirdin iştirak edəcəyi təxmin edilir.
Hazırda məktəbdənkənar təhsil sahəsində 29 idman növü üzrə və optimallaşdırma nəticəsində müəyyən edilmiş 10 istiqamətdə 73 adda dərnək fəaliyyət göstərir.