Putinin bu səhər vəzifədən azad etdiyi nazir ölü tapıldı

Putinin bu səhər vəzifəsindən azad etdiyi Nəqliyyat Naziri Roman Starovoit evində ölü tapılıb.
İzvestiya-nın verdiyi məlumata görə, Starovoit silahla özünü vurub.
Starovoitin Rusiya hava limanlarında yaşanan problemlər səbəbindən vəzifəsindən azad edildiyi iddia olunurdu.
Kremldən verilən açıqlamada, Starovoitin yerinə Novqorod vilayətinin qubernatoru olmuş Andrey Nikitinin gətirildiyi bildirildi. Nikitin Nəqliyyat Nazirliyinin müavini idi.
Starovoit vilayət qubernatoru olmadan əvvəl nəqliyyat sektorunda çalışmış, Rusiyanın federal yol agentliyi Rosavtodor-da altı il fəaliyyət göstərmişdi.