Ukrayna ABŞ-a Kremençuq NEZ-in modernləşdirilməsini təklif edib

Ukrayna mineral ehtiyatlar üzrə sazişin bir hissəsi kimi ABŞ-a Kremençuqdakı neft emalı zavodunun modernləşdirilməsinə sərmayə qoymağı təklif edib.
AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko deyib.
O, Kiyevin Vaşinqtona dərin dəniz qazının kəşfiyyatını da təklif etdiyini bildirib. "Biz amerikalı tərəfdaşlarımıza müxtəlif layihələr hazırlamışıq və təqdim etmişik. Onlardan biri "Naftoqaz"la şelfdə və dənizin dərinliklərində qaz kəşfiyyatı layihəsidir. Biz həmçinin Kremençuq neft emalı zavodunun modernləşdirilməsini nəzərdən keçiririk. Bu, strateji layihədir və bizim üçün son dərəcə vacibdir", - deyə Yuliya Svırıdenko bildirib.