Ukrayna və ABŞ sərvət müqaviləsini bu gün imzalaya bilərlər


Ukrayna bu gün ABŞ-la təbii ehtiyatlar sazişi imzalamağa hazırdır.


AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, saziş çərçivəsində iki ölkə Ukraynada dağ-mədən sənayesi, enerji və əlaqəli texnologiyalara investisiyaların artırılmasına şərait yaratmağa çalışacaq.

Bundan əlavə, saziş Ukraynanın uzunmüddətli yenidən qurulması və modernləşdirilməsi üçün tərəflər arasında strateji tərəfdaşlığı gücləndirəcək. ABŞ razılaşıb ki, yalnız müqavilənin imzalanmasından sonra Ukraynaya verə biləcəkləri gələcək hərbi yardım onların investisiya fonduna töhfəsi kimi nəzərə alınacaq. Bu fondun mexanizmlərini müəyyən edəcək iki əlavə texniki saziş hələ hazırlanmayıb. Qeyd olunur ki, Ukraynanın baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Svırıdenko sazişi imzalamaq üçün Vaşinqtona yollanır.

Aprelin 17-də Ukrayna və ABŞ mineral ehtiyatlara dair gələcək sazişin bir hissəsi kimi memorandum imzalayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu