Zelenski: Ukrayna və ABŞ bu gün memorandum imzalaya bilər


Kiyev və Vaşinqton bu gün onlayn görüş zamanı mineral ehtiyatlar üzrə saziş çərçivəsində niyyət memorandumu imzalaya bilər.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski mətbuat üçün keçirdiyi brifinqdə bildirib.

"Hazırda komandamız Amerika komandası ilə mineral ehtiyatlar üzrə memorandum üzərində onlayn işləyir. Razılaşmalar memorandumu, yəni razılaşmanın özü deyil, niyyət memorandumu bu gün onlayn olaraq imzalana bilər", - deyə o bildirib.

Bir gün əvvəl Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko Kiyev və Vaşinqtonun mineral ehtiyatlar üzrə saziş üzərində işləməkdə irəliləyiş əldə etdiklərini və bunun niyyət memorandumunda qeyd olunacağını, sənıd üzərində işlərin artıq tamamlandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu