ABŞ və Ukrayna faydalı qazıntılarla bağlı razılığa gəliblər

Birləşmiş Ştatlar və Ukrayna mineral ehtiyatlar üzrə sövdələşmə barədə razılığa gəliblər və bu mövzuda danışıqlar başa çatıb.
AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.
"Saziş hazırdır. Ukrayna prezidenti Vladimir Zelenski sabah onu imzalamaq üçün gələcək, ona görə də bu məsələ ilə bağlı daha danışıqlar aparılmır. Əminəm ki, prezident Zelenski və prezident Donald Tramp geniş mövzuları müzakirə edəcəklər. Sazişə gəldikdə isə o, hazırdır. Mətn artıq kağız üzərindədir, Ukrayna hökuməti bunu təsdiqləyib və indi də sənədin imzalanmasını gözləyirik".
Nazir bildirib ki, bu, strateji faydalı qazıntılar, neft və qaz, eləcə də infrastruktur aktivləri üzrə sövdələşmədir. Onun fikrincə, bu razılaşma həm Vaşinqton, həm də Kiyev üçün faydalı olacaq.