Şolts və Zelenski danışıqların davam etdirilməsini müzakirə ediblər


Avqustun 24-də Almaniya kansleri Olaf Şolz Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, söhbət zamanı Ukraynadakı hərbi və humanitar vəziyyət müzakirə olunub. Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.

"Kansler Ukrayna ilə sabit və sarsılmaz həmrəyliyini təsdiqləyib" - deyə Hebestreit qeyd edib. Onun sözlərinə görə, Zelenski “Almaniya hökumətinə daimi hərbi dəstəyə görə, xüsusən də hava hücumundan müdafiə baxımından təşəkkür edib.

"Hər ikisi İsveçrə sammitinə əsaslanan prosesin əhəmiyyəti barədə razılığa gəlib və onun davam etdirilməsini müzakirə ediblər. Bu baxımdan, onların fikrincə, qlobal Cənub ölkələrinin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Kansler və Ukrayna prezidenti yaxın təmasları davam etdirmək barədə razılığa gəliblər", - deyə Hebestreit bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu