ABŞ və Rusiya Ukrayna razılaşmasından sonra mineral ehtiyatlar sahəsində əməkdaşlıq edə biləcəklər

ABŞ və Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən sonra iqtisadi əməkdaşlıq, o cümlədən təbii ehtiyatlar sahəsində çoxlu imkanlara malik olacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.
"Mineral ehtiyatları Ukraynada da, Rusiyada da kifayət qədər genişdir. Düşünürəm ki, sülh razılaşması əldə olunandan sonra ABŞ və Rusiya üçün çoxlu imkanlar yaranacaq", - deyə o, "Fox News"a açıqlamasında deyib.
Xüsusi nümayəndə əlavə edib ki, bir çox cəhətdən Kiyev hakimiyyəti ilə mineral ehtiyatlara dair razılaşma Vaşinqtonun Ukraynaya yatırdığı vəsaitləri qaytarmaq üçün bir yoldur.