Apple Aİ-nin 500 milyon avroluq cəriməsinə etiraz edib

Apple Aİ Komissiyasının aprel ayında verdiyi 500 milyon avro məbləğindəki cərimə qərarına qarşı hüquqi prosesə başladığını açıqlayıb.
Apple rəqəmsal qaydalara əməl etmədiyi əsas gətirilərək Avropa İttifaqı (Aİ) tərəfindən tətbiq edilən 500 milyon avroluq cəriməyə etiraz edib.
Şirkətin bəyanatında bildirilib ki, Aİ Komissiyasının qərarının və misli görünməmiş bu cərimənin qanunun tələb etdiyindən çox-çox artıq olduğuna inanırıq və buna görə də bu gün rəsmi etirazımızı təqdim etdik.
Açıqlamada Aİ-nin Apple-a App Store-u necə idarə etməli olduğu ilə bağlı göstəriş verdiyi vurğulanaraq, bu halın proqram tərtibatçıları üçün mürəkkəblik, istifadəçilər üçün isə mənfi nəticələr yaratdığı qeyd olunub.
Bəyanatda o da bildirilib ki, Apple gündəlik cərimələrdən yayınmaq üçün Aİ-nin qərarını tətbiq etsə də, bu məsələni məhkəməyə vermək qərarı alıb.
Apple-ın tətbiq etdiyi müxtəlif məhdudiyyətlər səbəbindən proqram tərtibatçıları App Store-dan kənar alternativ yayım kanallarından istifadə edə bilmirdilər.
Qeyd edək ki, Aİ Komissiyası aprel ayında bu vəziyyətin İttifaqın rəqəmsal qaydalarına zidd olduğu əsaslandıraraq Apple-a 500 milyon avro cərimə kəsmişdi. Eyni zamanda Aİ Apple-a yönləndirmə üzərindəki texniki və kommersiya məhdudiyyətləri aradan qaldırmaq göstərişi də vermişdi. Bunun nəticəsində Apple ötən ay Aİ-nin cərimələrindən yayınmaq üçün App Store qaydalarında dəyişiklik etmiş və proqram tərtibatçılarına tətbiq edilən texniki və kommersiya məhdudiyyətləri ləğv etmişdi.
Son addımla Apple şirkəti Aİ Komissiyasının qərarını Avropa İttifaqının Ümumi Məhkəməsinə vermiş oldu.