Aİ "Apple"dan xidmətlərində geo bloklamanı aradan qaldırmağı istədi
Avropa İttifaqı (Aİ) "Apple"dan "App Store", "Apple Arcade", "Music", "iTunes Store", "Books" və "Podcast" kimi xidmətlərdə geo bloklamaya son qoymağı tələb edib.
AB Komissiyası və üzv dövlət orqanlarını birləşdirən İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Əməkdaşlıq Şəbəkəsi "Apple Media Services"in Avropada qadağan olunmuş geo bloklama təcrübəsi haqqında məlumatlandırıldığını açıqlayıb.
Açıqlamada "Apple" xidmətlərində, onlayn girişdə, ödəniş üsullarında və yükləmələrdə avropalı istehlakçılara qarşı qeyri-qanuni olaraq yaşayış yerinə görə ayrı-seçkilik yaradan müxtəlif məhdudiyyətlərin aşkar edildiyinə diqqət çəkilərək, "Apple"dan "App Store", "Apple Arcade", "Music", "iTunes Store", "Books" və "Podcast" proqramlarını AB-nin geo bloklama qaydalarına riayət etməsi tələb olunub.
Açıqlamada xatırladılıb ki, AB qaydaları çərçivəsində müştərilər fərqli bir üzv ölkədən mal və xidmət almaq istədikləri zaman vətəndaşlıq, yaşayış yeri və ya fəaliyyət yerinə görə ədalətsiz ayrı-seçkiliyə məruz qala bilməzlər və "Apple" bir ay ərzində müəyyən edilən problemli geo-bloklama tətbiqlərinin düzəldilməsi üçün öhdəliklər təqdim etməlidir. Şirkət öhdəliyi yerinə yetirmədiyi halda sanksiyaların tətbiq edilə biləcəyi qeyd edilib.
Mənbə: AA