Nuranənin ölümü ilə bağlı prokurorluqdan AÇIQLAMA


Baş Prokurorluq dünən Siyəzəndə 36 yaşlı qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı ilə bağlı açıqlama yayıb.



AFN.az qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 7-si Bakı sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.



Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu