Bakıda yaşayış binasında yanğın-FOTO

Hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi xəbərə görə, yanğın Nizami rayonunda, “Laçın” ticarət mərkəzinin arxasındakı binalardan birində baş verib.
Mənzillərin birində başlayan yanğından sonra bina sakinləri təxliyyə edilib. Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili tibbi yardım avtomobilləri cəlb edilib.
Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.

Diqqətinizi çəkə biləcək digər xəbərlər